LIFAN 720 PREMIUM EKSTERYER

720 Eksteryer

Güclü və qüdrətli xarici görünüşü, eləcə də, gəmini xatırladan xarakterik dizaynı ilə bu müasir avtomobil canlılıq və nəcibliyi əks etdirir.

1. Axıcı mühərrik kapotu

Lifan 720 hər iki tərəfində ona qüvvətli görünüş və nəciblik bəxş edən xətlərin olduğu axıcı mühərrik kapotuna malikdir. Lifan 720 orta və yüksək sinifli avtomobillərə əsasən dizayn edilmişdir. Şüşə təmizləyən fırçalar kapotun altında gizlənir, bu, nəinki avtomobilə xüsusi gözəllik verir, həm də bloklanmanın qarşısını alır və küləyin müqavimətini və səsi səmərəli şəkildə azaldır.

 

2. Trapesiyaşəkilli xrom radiator barmaqlığı

Havanın tamamilə içəri daxil olmasına imkan verən geniş xətlərlə trapesiyaşəkilli xromla örtülmüş radiator barmaqlığının innovativ dizaynı avtomobilin simasına nəcib və dinamik görünüş verir.

 

3. Əzəmətli və möhkəm korpus

Lifan 720 onu əzəmətli və vüqarlı göstərən xarici görünüşə və BMW 5-də olduğu kimi yan xətlərə malikdir. Bundan başqa, avtomobilin temperamentini artırmaq üçün xromla örtülmüş pəncərə çərçivələrindən də istifadə olunmuşdur.

 

4. Faralar

Lifan 720-nin bazara yenicə çıxarılmış Mercedes-Benz Class-B avtomobillərinin faralarına bənzər projektor faraları sadə gözəlliyi və dəbli görünüşü ilə söyüd yarpağını xatırladır. Lifan 720-də təhlükəsiz idarəetmə üçün nəinki dəbli, hətta əzəmətli və cazibədar projektor faralardan və LED faralardan istifadə edilmişdir.

 

5. Geniş xrom havalandırma mexanizmi

Lifan 720 BMW 5-in ən son buraxılışlarında olduğu kimi xromla örtülmüş geniş havalandırma mexanizminə malikdir. Dəbli və əzəmətli görünüş əldə etmək, eyni zamanda rahat hava axını üçün kənarlardakı xətlər yuxarıya doğru genişlənmiş və hər iki tərəfdən duman faralarına bitişik köndələn xrom çərçivələr üfüqi şəkildə işlənmişdir.

 

6. 16 düymlük ikirəngli alüminium tökmə şəbəkələr

Lifan 720-də öz rəqibləri arasında eksklüziv olaraq 16 düymlük ikirəngli alüminium on mildən ibarət tökmə şəbəkələrdən istifadə edilmişdir. Bundan başqa, on milli alüminium tökmə şəbəkələr nəcib biznes temperamenti ilə inteqrasiya edilmişdir və nəinki şəbəkəni uzun müddət parlaq saxlayır, həmçinin, daha gözəl və cazibədar göstərir.