LIFAN 320 MINI EKSTERYER

320 Eksteryer

Faralar

Lifan 320-nin faraları orta və ya yüksək kateqoriyalı sedanların texnologiyasından istifadə edilməklə hazırlanmışdır. İkiqat faralar uzaq işıqlar, işıq seli, yaxın işıqlar və dönmə işığı ilə birlikdə müxtəlif yollarda və müxtəlif hava şəraitində sizin rahatlığınızı təmin edəcək.

UB şüadan qoruyan ikiqat ön şüşə

Ən mükəmməl ölçü nisbəti 5:8 olan ön şüşə sizə geniş görüntü bəxş edəcək. Sürücülük-sağlamlıq sınağının nəticələrinə görə, ön şüşənin üst hissəsində xüsusi UB-dən qoruyan təbəqə güclü işığın qarşısını effektli şəkildə alır, sürücünün gözlərini yormur. Bundan əlavə, dərini birbaşa günəşlə təmasdan qoruyur. Bu avtomobillər sizin sağlamlığınızın qayğısına qalır. Siz avtomobili idarə edərkən, eyni zamanda sağlamlığınızı da qorumuş olacaqsınız.

Alüminium qatışığından hazırlanmış təkər şəbəkəsi

Alüminium qatışığı şəbəkəni daha möhkəm edir və deformasiyaya uğramasının qarşısını alır. İstiliyin yaxşı paylanması ilə tormozlama qabiliyyəti və müqaviməti artır.