LIFAN 630 SEDAN EKSTERYER

630 Eksteryer

Avtomobilin dizaynı

Maili damı avtomobilin modelini daha axıcı göstərir və hava müqavimət əmsalını aşağı salır. Korpusun yan tərəfindəki kəmər ona həcm verərək idman maşınını xatırladır və eyni zamanda dəbli sedan görünüşü qazandırır. Avtomobilin ön hissəsində dünya avtomobil istehsalçıları arasında öz müstəsna dizaynı ilə məşhur olan LED faralar quraşdırılmışdır.

Faraların iti kənar və ucları üslubun eleqantlıq və nəcibliyini əks etdirir.

Ön hissənin dizaynı

Təkmilləşmiş Lifan 630-un korpusunun qum saatını xatırladan ön hissəsinin dizaynı müasir dizayn tendensiyaları əks etdirir.

Xromdan hazırlanmış geniş hava qəbuledici maneəsiz hava axınını təmin edir və avtomobilin müstəsna formasına əlavə görünüş qatır. Lifan 620-ni layihələşdirərkən, dizaynerlər pəncərənin müasir estetik standartlara cavab verməsi üçün onu 1:1,618 klassik qızıl nisbətində hazırlamışlar. Oturacaqlar salonun eni boyunca praktiki olaraq yer tutur və səyahət zamanı rahatlığı təmin edir. Arxa qapılar kifayət qədər geniş olduğundan, avtomobil həm işgüzar, həm də ailə üçün nəzərdə tutulmuşdur.