LIFAN 330 MINI EKSTERYER

LIFAN 330 EXTERIOR

Lifan 320-nin yenilənmiş versiyası olan Lifan 330 özündən əvvəlkinin klassik yastı dizaynını saxlayır və görünüş baxımından dəb ünsürlərini özündə əks etdirir. Eyni zamanda performansı da optimallaşdırılmışdır.

Dəbli model

Lifan 330 daha dəblə modelləşdirilmiş və Lifan 320 ilə müqayisədə klassika və müasirliyi özündə birləşdirmişdir.

Ön görünüş

Lifan 330-un səliqəli metal konstruksiyalı ön hissəsi Lifan 320 ilə müqayisədə daha yastı və dəbli görünür.

Faralar

Lifan 330-un faraları kompakt avtomobil texnologiyasından istifadə edilməklə hazırlanmışdır. Faralar yüksək/aşağı işıq seli, qabarit işıqlar və dönmə işığı ilə birlikdə müxtəlif yollarda və müxtəlif hava şəraitində sizin rahatlığınızı təmin edəcək.

Radiator barmaqlığı

Geniş radiator barmaqlığı avtomobilə daha aqressiv və idman görünüşü verir.

Təhlükəsiz ön bufer

Ön və arxa bufer Avropanın ən son trendi əsasında hazırlanmışdır. Bufer daha yaxşı enerji absorbsiya etmək xüsusiyyətinə malikdir. Bununla da, hadisə baş verərkən maşına dəyəcək zərəri azaldır. Daxili ön və arxa zərbəyədavamlı balansirlər şəhərdaxili yollarda (aşağı sürətdə) hadisə baş verən zaman əsas gövdəni qoruyur. Bu da texniki xidmət xərclərini azaldır və təhlükəsizliyi artırır.

Enerji absorbsiyası və gücləndirilmiş arxa bufer

Geniş arxa bufer avtomobil dizayn tendensiyasını əks etdirir. Arxa bufer təhlükəsizliyi yüksək səviyyədə təmin etmək üçün möhkəm poladdan hazırlanmışdır.

Klassik üçqat şəbəkəli təkər

Üçqat şəbəkəli idman üslublu və nazik dəri təkərlər həm dəbli, həm də klassik görünür.

Daxili dizayn

Lifan 330 çox dəbli yastı idarəetmə panelinə malikdir.