LIFAN 720 PREMIUM İNTERYER

720 Interyer

1. Xrom örtüklü çərçivələr + B cilalı sütunu

Lifan 720-nin pəncərələri xrom örtüklüdür və B sütunu yüksək parlaqlıqla cilalanmışdır. Bu cür yüksək keyfiyyətli dizayn elementləri Lifan 720-nin keyfiyyətini artırmaq və onun nəcib və dəbli xarakteristikasını vurğulamaq üçün istifadə edilmişdir.

 

2. LED arxa qabarit işıqları

Lifan 720-nin LED arxa qabarit işıqları ön faralara uyğun olaraq geniş və yığcamdır. Tünd rəngli arxa qabarit işıqları avtomobilin arxa hissəsini daha cazibədar və dəbli göstərir, həmçinin, idarəetmənin təhlükəsizliyini təmin edir. Məkan və gözəllik arasında balansı daha yaxşı qoruyub saxlamaq üçün Lifan 720-nin interyeri mürəkkəb quruluşa və yeni dizayna malikdir. Bundan başqa, geniş pəncərə çərçivələri ilə birlikdə əsasən boz tonda verilmiş interyer rəngi avtomobilin nəcibliyini, biznes xarakteristikalarını, dəb elementlərini və dinamikasını mükəmməl şəkildə balanslaşdırır.

 

3. İki rəngli interyer

Lifan 720-nin interyeri üslubca BMW 5 seriyalarında olduğu kimi beynəlxalq təcrübədə tətbiq olunan iki rəngdə dizayn edilmişdir. İdarəetmə paneli qapı panelinə doğru genişlənərək avtomobilin daxilində məkan hissini gücləndirir. Eleqantlıq və zövqü vurğulamaq üçün tünd və açıq rənglər mürəkkəb temperamentlə uyğunlaşmış və yeni və rahat daxili mühitlə birləşmişdir.

 

4. Üçmilli çox funksiyalı sükan

Üçmilli çox funksiyalı sükan təkcə düzgün idarəetmə üçün deyil, həmçinin, daha çox hərəkət anlayışını göstərmək üçün qara və gümüşü rəngin ahəngi ilə dəyişik tərzdə hazırlanmışdır. Hər iki tərəfdəki çox funksiyalı açarlar idarəetmə zamanı audiovizual avadanlığın çalışmasına imkan verir. Əlavə olaraq, sükan müxtəlif sürmə vərdişləri olan insanların rahatlığı üçün əllə yuxarı və aşağı tənzimlənə bilir.

 

5. Geniş idarəetmə paneli

Ortadakı hər iki tərəfdə yerləşən hissələrdən bir az daha böyük olmaqla, Lifan 720-nin idarəetmə paneli müştərək şəkildə birləşmiş üç hissədən ibarətdir. Sağ tərəfdəki cihazlarda yerləşən hərəkət haqqında elektron məlumat lövhəsi yeni və unikal görünüş bəxş edir. Panelin qırmızı və ağ işıqları nəinki dəb elementlərini təqdim edir, həmçinin, aydın şəkildə müvafiq məlumatlarla təmin edir.

 

6. Nöqsansız iş

Accord 8-in seriyalarında istifadə olunan Lifan 720-nin konsolu rahat düymələrlə və qüsursuz işlə bütün elementlərinin məntiqi mövqeyi ilə fərqlənir. Bundan başqa, onun böyük funksional düymələri sizin avtomobili idarə edərkən təhlükəsizliyinizi qorumaq məqsədilə konsola ötəri baxdığınız zaman belə sizə yardımçı olacaq.