LIFAN 620 SEDAN İNTERYER

LIFAN 620 INTERIOR

  • Lifan 620-nin alt korpusu beynəlxalq dizayn tendensiyalarından yararlanaraq hazırlanmışdır. Mərkəzi panelin üzərinə eleqantlığı və yüksək keyfiyyəti göstərən şaftalı ağacından örtük çəkilmişdir.
  • İdarəetmə panelinin parlaqlığı tənzimlənə bilən açıq mavi rəngdə işıqlanması var. Panel bütün hərəkət parametrləri haqqında sürücünü zəruri informasiya ilə təmin edir. Suyun temperatur göstəriciləri və odometr elektron ölçü cihazında dəqiq göstərilir. Hər bölmə üçün yanacaq səviyyəsinin göstəricisi 5 l-dir. Beləliklə də, sürücü vəziyyətə uyğun olaraq yanacaq istehlakına nəzarət edir.
  • Üst panel yüksək keyfiyyətli məsaməli materialdan hazırlanmışdır. Qeyd etmək lazımdır ki, bütün elementlərinin paneldə yerləşməsi diqqətlə düşünülmüş və mərkəzləşdirilmişdir. Bütün əməliyyatlar bir əllə həyata keçirilə bilir.
  • Lifan 620 M-M dizaynını özündə əks etdirir-insanlar üçün maksimum, texnika üçün isə minimum yer ayrılmışdır. Beləliklə də, daxildəki məkan geniş və rahatdır.
  • Əşyalar üçün də ayrıca yer nəzərdə tutulmuşdur. Ön mərkəzi dəstək iki-səviyyədə dizayn edilmişdir və açılan kül qabı praktik və asanlıqla təmizlənəbiləndir.
  • Hərəkət zamanı sürücü və sərnişinlərin zövq almaları üçün avtomobil yüksək keyfiyyətli CD akustikası, mp3 və 6 sirenalı dinamiklərlə təchiz edilmişdir.
  • Avtomobilin ön oturacağı erqonomik formada dizayn edilmişdir. Sürücü və sərnişinlərin uzun müddət rahatlığını təmin etmək üçün insan bədəninin forması oturacaqların hazırlanması zamanı nəzərə alınmışdır. Kreslonun söykənəcəyi sürücünün anatomik xüsusiyyətlərinə uyğun olaraq tənzimlənir.
  • Eyni zamanda ön oturacaq işgüzar və ya ailə səyahətinizdən asılı olmayaraq sizin rahatlığınız üçün 1700 arxaya doğru yerləşdirilə bilir.
  • Lifan 620-nin arxa oturacağı 4/6 ölçüdə dizayn edildiyindən tamamilə qatlanaraq baqaj bölməsinə daha çox yer ayırır. Arxa oturacaq öz sinfini tamamlamaq üçün dəstəklə təchiz edilmişdir.