LIFAN 630 SEDAN İNTERYER

LIFAN 630 Interyer

Avtomobilin bütün elementlərinin paneldə yerləşməsi diqqətlə düşünülmüş və mərkəzləşdirilmişdir. Panel üzərində müxtəlif funksiyaları həyata keçirən bütün lazımi düymələr yerləşmişdir. İstənilən əməliyyat tək əllə həyata keçirilə bilir.

Qurğular dəyişən parametrlər barədə sürücünü bütün lazımi məlumatlarla təmin edir. Soyuducu mayenin temperatur göstəriciləri və odometr elektron ölçü cihazında dəqiq şəkildə göstərilir. Yanacaq səviyyəsinin göstəricisi loqarifmik ölçüdədir-çəndə yanacaq nə qədər az olarsa, göstəricinin bir bölməsində yanacağın həcmi də bir o qədər kiçik olar. Beləliklə də, sürücü vəziyyətə uyğun olaraq, yanacaq istehlakına nəzarət edə bilir. Əşyalar üçün də ayrıca yer nəzərdə tutulmuşdur. Ön mərkəzi dəstək iki-səviyyədə dizayn edilmişdir və önə açılan kül qabı praktik və asanlıqla təmizlənəbiləndir. Sürücü və sərnişinlərin rahatlığını təmin etmək üçün aşağıdakı əlavə seçimlər də təqdim edilir: ön və arxadakı sərnişinlər üçün stəkan altlıqları, əşya qutusu, idarə edici vasitəsilə şüşələrin bağlayıcı mexanizmi, radio idarə edici və s.

Hərəkət zamanı sürücü və sərnişinlərin zövq almaları üçün avtomobil yüksək keyfiyyətli CD akustikası, mp3 və 6 sirenalı dinamiklərlə təchiz edilmişdir. Lifan 630 M-M dizaynının prinsiplərini özündə əks etdirir-insanlar üçün maksimum, avadanlıq üçün isə minimum yer ayrılmışdır. Beləliklə də, salon geniş və rahatdır. Avtomobilin ön oturacağı erqonomik formada dizayn edilmişdir. Oturacaqların hazırlanmasında insan bədəninin forması nəzərə alınmışdır. Kreslonun söykənəcəyi sürücünün anatomik xüsusiyyətlərinə uyğun olaraq tənzimlənir. Lifan 630-un arxa oturacaqları 4/6 ölçüdə dizayn edildiyindən, tamamilə qatlanaraq baqaj bölməsinə daha çox yer ayırır.