LIFAN 330 MINI İNTERYER

LIFAN 330 INTERIOR

Lifan 330-un interyeri və idarəetmə paneli yastı formada dizayn edilmişdir.

Yumru dəstəkləri, havalandırma sistemlərinin deflektorları, təhlükəsizlik xəbərdarlıq işıqları üçün düyməsi unikal və cazibəli daxili dizaynı formalaşdırır.

Audio sistem (4 və ya 6 kolon) ev kinoteatrı kimi aydın və yüksək diapazonlu səslə təmin edir. Dairəvi formada dizayn edilmiş idarəetmə paneli daha tərzli və funksional görünür. Qapıların dairəvi dizaynı üsluba xələl gətirmədən ümumi interyer dizaynına uyğundur. Qapıların xromdan hazırlanmış daxili tutacaqları rahat və cəlbedicidir. Salondakı sferik arxa görüntü güzgüsü sürücüyə doğru yönəlib.

İdarəetmə panelinin üst və alt hissəsindəki müxtəlif toxunuşlu dəri üzlük heç kəsi özünə biganə qoymayacaq. Tanınmış dünya lideri – Takata firması - tərəfindən hazırlanan təhlükəsizlik yastıqları yüksək səviyyədə təhlükəsizliyi təmin edir. 360 ° dönən deflektorlar hər sərnişinə əlavə rahatlıq bəxş edir. Həcmi genişləndirilmiş kondensator hətta isti hava şəraitində belə salonda rahat abı-hava yaradacaq. Audio sistemin təkmilləşdirilmiş səsgücləndirici komponentləri təmiz və yüksək keyfiyyətli səslə təmin edir.