LIFAN 720 Təhlükəsizlik

Lifan 720 “Lifan Motors”un ilk A+ sedan sinifli avtomobilidir. Onun geniş salonu, zəngin konfiqurasiyası, eləcə də, 1.8 vatt enerji sistemi avtomobilə yeni idarəetmə təcrübəsi qazandırır.

360° passiv təhlükəsizlik

Avtomobilin passiv təhlükəsizliyi əsasən, korpusun strukturundan və daxili məhdudlaşdırıcı cihazlardan (məsələn, bel kəmərləri, hava yastıqları) asılıdır. Yol-nəqliyyat hadisəsi zamanı sərnişinləri 360° hərtərəfli qorumaq üçün Lifan 720 çox möhkəm korpusa və rəqibləri arasında çox nadir rast gəlinən 6 hava yatığına malikdir və bununla da, sərnişinlərin xəsarət alma dərəcəsini azaldır.

1. Yüksək keyfiyyətə malik təhlükəsiz korpus

Avtomobilin bütün şassisi metalla qəliblənmişdir və sağ və sol qapılar yan zərbələrə qarşı qorunmaq üçün möhkəm balansirlərlə təchiz edilmişdir. Beləliklə də, korpus strukturunun təhlükəsizliyi təmin edilir və C-NCAP zərbəyə müqavimət testinin qiymətləndirilməsi ilə beş ulduzlu standartlara cavab verir. Ön bufer və zərbəyədavamlı balansirlər arasındakı bufer materialları piyadaların qorunmasına xidmət edir. Polad lövhənin möhkəmliyi 1200 MPa və ya daha yüksək olmaqla, qəliblənmiş hissələr üçün müasir istehsal texnologiyalarından istifadə edilir, bununla da, nəinki təhlükəsizlik faktoru, həmçinin, bütün korpus komponentlərinin yüngüllüyü təmin edilir.

2. Qəzaya həssas avtomatik kilid açma

Lifan 720 qəzaya həssas avtomatik kilid açma mexanizmi ilə təchiz edilmişdir və zərbənin təsiri nəticəsində mərkəzi kilid avtomatik açılır, sərnişinlər avtomobildən zədə almadan mümkün qədər tez çıxa bilir.

3. Enerji absorbsiya edən sükan sütunu

Lifan 720-də ön toqquşma zamanı teleskopik sükan sütunundan istifadə edilir. Sürücü qəza zamanı önə doğru atılaraq sükana dəyərkən, sükanın sürətlər qutusunun dişli sütunu dərhal yığılır və tez bir şəkildə zərbə gücünü azaldaraq sürücünün döş qəfəsinə dəyəcək zədənin qarşısını alır.

4. Altı hava yastığı

Avtomobilin təhlükəsizliyi yol-qəza hadisələri baxımından alıcı üçün ən vacib göstəricilərdən biridir. Ən mühüm passiv təhlükəsizlik avadanlığı kimi hava yastıqlarının sayı avtomobilin keyfiyyət performansının simvoluna çevrilib. 6 hava yastığı ilə təchiz edilərək Lifan 720 yüksək səviyyədə sərnişinlərin təhlükəsizliyini təmin edir.

5. Avtomatik hava dövriyyəsi

Daxili hava dövriyyəsi rejimi avtomatik işə düşür, lakin daxili dövriyyə işə salındıqdan təxminən 30 dəqiqə sonra sistem avtomatik olaraq avtomobildəki havanı dəyişmək üçün xarici dövriyyəyə bağlanır, beləliklə də, avtomobil təmiz hava ilə təmin olunur.

 

360° aktiv təhlükəsizlik

Etibarlı təhlükəsizlik və səmtin müəyyənləşdirilməsi Lifan avtomobillərinin əsas prioritetlərindəndir. Lifan 720 təkcə Lifanın ənənəvi təhlükəsizlik dizaynına deyil, həmçinin Lifan 720-ni öz rəqibləri arasında perfomansda daha üstün edən ən yeni təhlükəsizlik dizaynına malikdir.

1. LED projektor faralar

Lifan 720-də hətta gecə vaxtı belə sizin təhlükəsiz idarə etməyiniz üçün qalın qabarıq linzalarla təchiz edilmiş projektor faralardan istifadə edilmişdir.

2. Standart ön duman faraları və özü-uyğunlaşan faralar

Lifan 720-nin faraları siz avtomobili kilidlədikdən sonra müəyyən bir vaxt üçün işıqlanmanı uzatmaq məqsədilə “Follow Me Home” ("Ardımca Evə") işıqlanma funksiyası ilə təchiz edilmişdir. Bu, gecə vaxtı çox əlverişlidir.

3. LED arxa faralar

Böyük LED arxa faralar cəld reaksiya vermə, uzun istifadə müddəti, yüksək lüminessenslik, radiasiya etməmək və aşağı enerji istehlakı funksiyaları ilə adi işıq fənərlərindən daha yüksək parlaqlığa malikdir və avtomobilin təhlükəsizliyi üçün lazımi məlumatlarla təmin edir.

4. Geniş arxa görüntü güzgüsü

Lifan 720-nin xarici arxa görüntü güzgüsü daha geniş yer tutaraq arxadan daha yaxşı görməyə imkan yaratmaqla və idarəetmə zamanı təhlükəsizliyi təmin etməklə Mercedes-Benz-in bir çox modellərində istifadə edilən güzgülərin dizaynı ilə çox oxşardır.

5. Arxa görüntü video sistemi

Nəqliyyat vasitələrinin çoxalması ilə park etmə daha da çətinləşmiş və arxa görüntü video sisteminə olan tələbat da artmışdır. Park etmə stressini azaltmaq üçün Lifan 720 təkmilləşmiş arxa görüntü video sistemi ilə təchiz edilmişdir. Belə ki, arxadan təhlükəsizlik və rahatlığı təmin edən video sistem sürücüyə ekranda birbaşa arxa hissəni görməyə imkan yaradır.

6. Dörd kanal/dörd sensor ABS+EBD

Təkmilləşmiş 4-kanal/4-sensor ABS ilə təchiz edilən avtomobil sürüşkən yolla gedərkən və ya döngədə təcili əyləcdə problem yaranarkən, əyləc zamanı yoldan çıxma riskini azaltmaq üçün əyləc təhlükəsizliyini və etibarlılığını artıran hər dörd çarxın stabil qaldığına əmin olmaq lazımdır. Kooperativ EBD ilə təchiz edildikdə, EBD təcili əyləc zamanı avtomobildəki sərnişinlərin sayına uyğun olaraq ön və arxa çarxların əyləc gücünü dəqiqliklə paylaya bilir, əyləc məsafəsini effektiv şəkildə azaldır və yana sürüşmə və yoldan çıxma təhlükəsinin qarşısını alır.