LIFAN 320 SAFETY

Nəqliyyat vasitəsinin gövdəsinin sərrast qaynaq edilməsini təmin edərkən avtomat qaynaq xətti gövdənin gücünü 30% artırır. Enerjini absorbsiya edən və zərbəyədavamlı mühərrik örtüyünə zərbə təsir etdikdə, örtük sürücü və sərnişinləri qorumaq üçün deformasiya olunaraq daha çox enerjini absorbsiya edir.

 

Lifan 320-nin ön buferi Avropanın ən yeni dizaynı ilə hazırlanmışdır. Hadisə baş verərkən enerjini yaxşı absorbsiya etməklə gövdəyə vurulacaq zərbəni azaldır. Milli patent almış ön və arxa zərbəyədavamlı balansirlər inkrustasiya edilmişdir. Balansirlər şəhərdaxili yollarda (aşağı sürətlə) hadisə baş verən zaman əsas gövdəni qoruyur. Bu da texniki xidmət xərclərini azaldır və təhlükəsizliyi artırır.

 

Arxa bufer effektiv şəkildə qorunmanı təmin etmək üçün geniş sərhədlə əhatə olunmuşdur. Enerji absorbsiya konstruksiyası təhlükəsizliyi təmin edir. Konstruksiya təhlükəsizliyin təmin edilməsində böyük önəm daşıyır. Struktur, möhkəm poladdan hazırlanmışdır və arxadan vurula biləcək zərbələr üçün nəzərdə tutulmuşdur. Bu, arxa oturacaqlardakı sərnişinlərə dəyəcək zərbəni azaldır.

 

Lifan 320-nin ön əyləc sistemi diskdən, arxa əyləc sistemi isə silindrdən ibarətdir. Onun üzərində EBD (Elektron Əyləc Gücünün Paylanması) quraşdırılmışdır. İstiliyin yaxşı yayılması və balanslı əyləc gücü ilə əyləc sistemi daha etibarlıdır. Həmçinin, yağ çıxışının ikiqat dövr etməsi də onun etibarlılığını artırır. Bu, dörd çarxdakı əyləc gücünün balansına zəmanət verir və onu daha təhlükəsiz edir.