LIFAN 620 Safety

ABS (Bloklanma Əleyhinə Əyləc Sistemi)+EBD (Elektron Əyləc Gücünün Paylanması)

Optimallaşdırılmış şassi sistemi və ABS+EBD-nin funksiyası altında qısa əyləc məsafəsi hadisədən səmərəli şəkildə yayınmağa imkan verir. ABS bloklanma əleyhinə əyləc sistemi idarəetmənin nəzarətdən çıxmaması üçün sürüşmə və bloklanmanın qarşısını alır; EBD-də isə, sürücü əyləci basarkən yardımçı ABS funksiyasının istifadəsində əyləc gücünü dartma qüvvəsi ilə uyğunlaşdırmaq üçün əyləc yağ təzyiq sistemi əyləcin effektivliyini və idarəetmənin təhlükəsizliyini artırmaqla, əyləc mexanizmini dörd təkərin xüsusiyyətlərinə uyğun olaraq avtomatik tənzimləyir.

Dörd təkər disk əyləc sistemi

Lifan 620 idarəetmənin təhlükəsizliyini artıraraq dörd təkər disk əyləc sistemindən istifadə edir. Ön və arxa təkərlər möhkəm disk əyləclərdir. Ön möhkəm əyləc diski 10 düym, arxadakı isə 10.5 düymdür.

Arxa hissədə əlavə sensorlar

Lifan 620-nin arxa hissəsinə üç sensor radar quraşdırılmışdır. Nəqliyyat vasitəsinin arxasındakı baryeri müəyyən etmək üçün ultrasəs dalğalar verilir. Məsafəyə uyğun olaraq müxtəlif tezlikli dalğalarla sürücülərə xəbərdarlıq edir və idarə lövhəsində qırmızı xəbərdarlıq işığını göstərir. Bunun sayəsində sürücü təhlükəsizlik barədə narahat olmaya bilər.

Arxa hissədə əlavə sensorlar

Nəqliyyat vasitəsinin sürəti saatda 20 km-ə çatdıqda mərkəzi nəzarətli qapı kilidi təhlükəsizliyi təmin etmək məqsədilə qapının açılmasının qarşısını almaq üçün bütün qapıları avtomatik kilidləyir. Əgər hadisə baş verərsə, avtomobilin qapısı sürücü və sərnişinlərin çıxmasını asanlaşdırmaq üçün avtomatik kiliddən çıxır. Həmçinin, sistemin immobilizasiya etmək funksiyası var.

Zərbəyədavamlılıq sınağı

Lifan 620 ön, orta və arxadan zərbə sınaqlarından keçmişdir. Sınağın nəticəsi göstərmişdir ki, Lifan 620 zərbəyə məruz qaldıqda bütün hava yastıqları açılmış, A, B, C sütunları zərər almadan yaxşı vəziyyətdə qalmış, kabinə deformasiyaya uğramamış, maneken heç bir sıxılmaya məruz qalmamış, sükan çarxında böyük yerdəyişmə olmamış və qapıların dördü də rahat şəkildə açılmışdır.

Kəmərlər+ikiqat hava yastıqları

Nəqliyyat vasitəsinin gövdəsi “qəfəs” strukturuna və tam yan divara malikdir. Hadisə baş verərkən və ya avtomobil yan tərəfə aşarkən sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kabinə çox güclü A, B, C sütunlarından təşkil olunmuşdur.