LIFAN X50 SAFETY

Yüngül, yüksək davamlılığa malik polad korpus

Lifan X50 yüngül, möhkəm polad konstruksiyalı korpusa (42%-dən çoxu möhkəm polad təbəqə) malikdir. Bununla da zərbə enerjisini absorbsiya edir və sürücülərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün bütün korpus çərçivəsinə ötürür. Bundan başqa, avtomobilin şassi sistemi dünya şöhrətli şassi tənzimləmə şirkəti olan Britaniya MIRA tərəfindən lazımınca tənzimlənir; stabil şassi və yüksək davamlılığa malik korpus avtomobilin nəzarət və təhlükəsizliyini ikiqat artırır.

 

Yeni platformalı idarəetmə və əyləc sistemi

Lifan X50-də sürücülərin rahatlığını artırmaq üçün yalnız yüksək səviyyəli avtomobillərə quraşdırılan Machpherson müstəqil asma sistemindən və arxa sürükləmə qolu yarımmüstəqil asma sistemindən istifadə edilir. İdarəetmə və əyləcin təhlükəsizliyi üçün həmçinin TPMS-dən (Şin təzyiq monitorinq sistemi), 20km/saatdan sonra avtomatik kilidləmə funksiyasından, yaxşı soyudulmuş dörd təkər disk əyləclərindən, Bosch-un ən sonuncu versiyası olan 9.0 ABS + EBD, BAS əyləc yardım sistemindən istifadə edilir. Əlavə olaraq, yerdən avtomobilin ən aşağı nöqtəsinə qədər olan məsafə (208 mm) hətta palçıqlı yollarda belə sizin rahat şəkildə idarəetmənizi təmin edəcək.

 

Yeni platformalı sükan və idarəetmə sistemi

Lifan X50 öz rəqiblərinin enerji sükanı ilə müqayisədə daha həssas, stabil və etibarlı nəzarətlə EPS elektron enerji sükanı ilə təchiz edilmişdir. ESP sistemində ECU (Mühərrikə nəzarət vahidi) CAN (Ərazi şəbəkə nəzarətçisi) vasitəsilə idarəetmə haqqında daha çox məlumat əldə edir və avtomobilin qeyri-stabilliyinin qarşısını almaq üçün həddindən artıq idarə edilməsini və ya lazımınca idarə edilməməsini effektli şəkildə tənzimləyir. Lakin heç bir enerji sükanı bu cür funksionallığa nail ola bilmir. Bundan başqa, Lifan X50-də yanacağa qənaət edən, Bosch-un polad kəmərləri, üç konuslu sinxronizə edən beş pilləli mexaniki transmissiya və BMW-də istifadə edilən GSI ilə təchiz edilən CVT-dən (Davamlı dəyişən ötürmə) istifadə edilmişdir.

 

  • Bosch ESP + TCS korpusun elektron stabillik sistemi
  • BOS
  • TPMS (Şin təzyiq monitorinq sistemi)
  • Mühərrikin elektron immobilizeri
  • Altı hava yastığı
  • Gündüz faraları
  • Ön sərnişin tanınması
  • Toqquşma zamanı kilidin avtomatik açılması