LIFAN 630 SAFETY

İDARƏETMƏNİN TƏHLÜKƏSİZLİYİ: ABS+EBD

Təkmilləşdirilmiş şassi sistemi; ABS sistemi əyləc məsafəsinin artması zamanı avtomobilin hərəkət trayektoriyasını dəyişməyə imkan verir. ABS bloklanma əleyhinə əyləc sistemi idarəetmənin nəzarətdən çıxmaması üçün sürüşmə və bloklanmanın qarşısını alır. Elektron əyləc gücünün paylanması sistemi isə avtomobilin sürüşməsinin qarşısını almaq üçün arxa oxda maksimum əyləc gücünü həyata keçirir. Sistem əyləc performansını artırır və avtomobilin idarə olunmasının təhlükəsizliyini təmin edir.

DÖRD TƏKƏR ÜZƏRİNDƏ DİSK ƏYLƏCLƏR

Hər təkər üzərində quraşdırılmış disk əyləclər idarəetmənin təhlükəsizliyini təmin edir. Disk əyləclər arxa və ön oxda quraşdırılımışdır. Ön təkərlər üzərindəki əyləc disklərinin diametri 10 düym, arxa təkərlər üzərindəki disklərin diametri isə 10.5 düymdür.

ZƏRBƏYƏ DAVAMLILIQ SINAĞI 

Lifan 630 ön, orta və arxadan zərbə sınaqlarından keçmişdir. Sınağın nəticəsi göstərmişdir ki, Lifan 630 zərbəyə məruz qaldıqda bütün təhlükəsizlik yastıqları açılmış, A, B, C sütunları zədələnməmiş, kabinə deformasiyaya uğramamış, maneken kənara atılmamış, sükan çarxında nəzərəçarpan yerdəyişmə olmamış və qapıların dördü də rahat şəkildə açılmışdır.

GENİŞ ARXA GÖRÜNTÜ GÜZGÜLƏRİ

Nəqliyyat vasitəsinin gövdəsi “qəfəs” strukturuna və tam korpusa malikdir. Hadisə baş verərkən və ya avtomobil yan tərəfə aşarkən sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kabinə çox güclü A, B, C sütunlarından təşkil olunmuşdur.

ARXA HİSSƏDƏ ƏLAVƏ SENSORLAR 

Korpusun arxa hissəsində parktronik quraşdırılıb. Avtomobilin yolunda maneələr yarandıqda avtomobil müəyyən tezlikdə xarakterik səs buraxır və idarəetmə panelində qırmızı xəbərdarlıq işığı yanır. Bu qurğu ilə arxaya hərəkət edən zaman təhlükəsizlik barədə narahat olmağa dəyməz.  

 

http://lifan-car.ru/cars/solano_new/