Lifan Motors

Lifan Group artıq 23 ildir ki, müvəffəqiyyətə gedən yoldadır.

Lifan Group elmi-tədqiqat və inkişaf, eləcə də, mühərriklərin, ümumi mexanikanın, avtomobil və motosikletlərin istehsalı və satışı ilə məşğul olan, həmçinin, maliyyə, qiymətli kağızlar və daşınmaz əmlak bazarına cəlb edilən genişmiqyaslı özəl müəssisədir.

Enerji sistemindən başlamaqla, Lifan Group avtomobil, motosiklet və ümumi mexanikaya yönələn biznes profili yaratmışdır. Özünəməxsus brendin, R&D və beynəlxalq strategiyanın inkişafına önəm verərək Lifan müəssisə sənayesi və maliyyə xidmətlərinin sistemli birliyinə nail olmuşdur.

Lifan Group illərdir ki, yerli rəqibləri arasında ən yüksək ixrac həcmini qoruyub saxlamaqla, 165 ölkəyə və Asiya, Avropa, Afrika, Latın Amerikası və digər regionlara öz məhsullarını satmışdır. Lifan Group-un layiq görüldüyü Çinin “Milli Kimlik” ən böyük şərəf mükafatı bu müəssisəni Çin xalqının təşəkkülündən bəri ölkənin 60 illik iqtisadi inkişafını təmsil edən 100 ən tanınmış müəssisədən birinə çevirmişdir.

2014-cü ildə Lifan Group 283,100 avtomobil, 1,393,100 motosiklet, 3,674,600 mühərrik və 401,100 ümumi mexanika satmaqla 30.62 milyard yuan və ixrac vasitəsilə 1.033 milyard ABŞ dolları məbləğində satış gəliri əldə etmişdir. Lifan Group-un törəməsi olan Lifan Sənaye (Group) Co. Ltd. Şanxay Fond Birjasında Çində ilk özəl A kateqoriyalı minik avtomobili istehsalçısı kimi uğurla yer almışdır.

Çin milli avtomobil istehsalı sənayesində yenilikçi qüvvə olan “Lifan Motors”

2006-cı ilin Yanvar ayında dünyaya təqdim edilən ilk model– Lifan 520 göstərdi ki, Lifan rəsmi olaraq avtomobil sənayesinə daxil olmuşdur.

Avtomobil layihələrinə qoyulan geniş investisiyalardan asılı olaraq, Lifan Group sərnişin avtomobili, mini avtomobil, yük maşınları, xüsusi nəqliyyat vasitələri, avtobus və s. məhsullar seriyasının istehsal lisenziyaları ilə ən geniş məhsul xəttinə malik müəssisələrdən birinə çevrilmişdir. 2014-cü ildə Çuntsinin özəl istehsal müəssisələri arasında birinciliyini saxlayaraq, Lifanın satış gəliri 6.304 milyard yuan məbləğində ixrac gəliri ilə birlikdə (17.79% artım) 7.485 milyard yuan olmuşdur (18.87% artım).

Doqquz illik davamlı səyin nəticəsində “Lifan Motors” təcrübədə, istehsal xəttində, istehsal prosesi və keyfiyyətə nəzarətdə önəmli addımlar atmışdır. Təcrübə baxımından Çuntsinin hər üç fabriki möhürləmə, qaynaq, örtmə, aqreqat və mühərrik üçün yüksək istehsal xətti, eləcə də, bütün nəqliyyat vasitələrinin dinamik perfomansı üçün sınaq xətti ilə təchiz olunmuşdur. Hazırda Lifanın dördüncü fabriki tikilməkdədir. Yuxarıda verilmiş bütün fabriklərin tamamlanması Lifanının marka həcmini 1 milyondan daha artıq edəcək.

İstehsal xətti baxımından üç əsas platforma kiçik, kompakt, orta və böyük ölçülü modellər istehsal edir. Hazırda geniş çeşiddə sedan, idman və ümumi məqsədli nəqliyyat vasitələri daha yüksək keyfiyyətdə istehsal olunur.

“Lifan Motors” hal-hazırda müxtəlif çeşiddə Lifan 520, 520i, 320, 330, 530, 620, 630, 720, 820, X50, X60, mikro avtobuslar və s. digər modelləri təklif edir, onları ixrac edir və qlobal bazarda beynəlxalq müsabiqələrdə tam iştirakını təmin edir.

Yeni enerji avtomobilləri baxımından Lifan uğurla model 320 və 620 elektriklə işləyən nəqliyyat vasitələrini istehsal etmişdir.

Planlaşdırıldığı kimi “Lifan Motors” hər il ən azı iki yeni model hazırlayacaq. Şirkət yüksək inkişafa nail olmaq üçün kompakt idman maşını kimi Lifan X50-ni, ailə və iş üçün B kateqoriyalı Lifan 820-ni, ailə üçün ümumi məqsədli Lifan CA08 nəqliyyat vasitələrini 2014-cü ildə ilk dəfə ictimaiyyətə təqdim edəcək.

12.10.2015 22:46 |