Texnologiya

“Lifan Group”-un dövlət səviyyəli texnoloji mərkəzləri və Çində akkreditasiya olunmuş sınaq mərkəzi var. 2011-ci ilin noyabr ayında Çinin İnkişaf və İslahat Komitəsi Çin müəssisələrində tədqiqat və texniki mərkəzlərinin təftiş komissiyasının nəticələrini elan etdi. “Lifan” şirkətinin dövlət əhəmiyyətli texnoloji mərkəzi 81 xalla 201-ci, avtomobil istehsalı üzrə səkkizinci, motosiklet istehsalı üzrə isə 2-ci yerdədir.

“Lifan” texnoloji mərkəzi innovativ texnologiyaların inkişafı və yaradılması üzrə yüksək səviyyəli tədqiqat və inkişaf mərkəzidir. Burada aşağıdakı texnoloji innovasiyalar tərtib edilir və təkmilləşdirilir: nəqliyyat vasitələri üçün (davamlı dəyişən klapanlı) VVT, yanacağın mühərrikə ikili daxil edilməsi texnologiyası, yeni enerji texnologiyası, su soyutma texnologiyası, multi klapanlı texnologiya, mühərrikin böyük litraj texnologiyası, elektrik texnologiya və digər aparıcı sahələr. 2012-ci ilin dekabr ayında 8007 yerli və xarici məhsulu patentləşdirməklə tərəfdaşları arasında patent sayına görə birinci yeri tutmuş və avtomobil və motosiklet istehsalı üzrə seçilən 50 güclü milli texnoloji mərkəz arasında qırx birinci yeri tutmuşdur. “Lifan” elmi və texnoloji yeniliklərlə bağlı bir çox mükafatlara, o cümlədən iki dəfə milli elmi və texnoloji tərəqqi mükafatına və 13 dəfə milli mükafata, Çuntsin şəhərinin elmi və texnoloji tərəqqi mükafatına, 200 dəfə bələdiyyə mükafatına layiq görülüb.

“Lifan” şirkətinin dövlət təyinatlı texnoloji mərkəzinin rəhbərliyi altında avtomobil və motosikletləri araşdıran müəssisələrin hazırda 90%-i bakalavr və ya daha yüksək dərəcəli işçilərdən, 90 nəfəri həkim, usta, kiçik mühəndis və ya daha yüksəl təhsil və ya vəzifəli olmaqla 800-dən artıq texniki personalı var.

“Lifan”-ın doktorluq dərəcəsi qazanan mütəxəssislər üçün iş məntəqəsi var. Onlar yanacaq istehlakı problemləri, mühərrikin səsi, vibrasiya və s. məsələlərlə məşğul olurlar. Bu məntəqənin fəaliyyəti yeni istehsal texnologiyalarının hazırlanması və həyata keçirilməsinə, ekoloji təmiz yanacağın, elektron texnologiyalarının yeni növünün yoxlanmasına, avtomobillərin virtual dizaynına, nəzəri təhlilə yönəlmişdir.

13.10.2015 21:19 |